Contact with us for any advice
Call anytime
+92 (8800) 3680
RTS
RTS şirkəti 1980-ci ildə İspaniyada təsis olunmuş və fəaliyyətinin ilk illərindən avtomobil ehtiyat hissələri bazarı üçün nümunəvi məhsullar istehsalçısı kimi tanınmışdır. Asqı və sükan idarəetmə hissələrinin keyfiyyəti orijinal komplektləşdiricilərin səviyyəsinə uyğundur. Geniş çeşid və yüksək xidmət səviyyəsi RTS-i öz sahəsində dünyanın aparıcı istehsalçılarından birinə çevirmişdir.
RTS daim innovasiyaları tətbiq edir və məhsul çeşidini genişləndirir ki, bu da istehsal proseslərini təkmilləşdirmə istəklərinin nəticəsidir.
Artıq 1983-cü ildə RTS şirkətlər qrupu avtomobil zavodları və aftermarket bazarı üçün orijinal ehtiyat hissələrinin istehsalına başlamışdır. Şirkət ilk gündən keyfiyyətə və rəqabət qabiliyyətinə üstünlük vermişdir. Bunun nəticəsində dünyanın aparıcı avtomobil istehsalçıları — Opel, Ford, Volkswagen, Seat, Renault, Peugeot, Nissan, SAAB — öz avtomobillərində RTS asqılarından istifadə edirlər.
RTS, S.A. məhsul çeşidinə daxildir:
- asqı və sükan idarəetmə hissələri,
- qollar,
- şarovoylar,
- sükan çubuqlarının ucluqları,
- sükan çubuqları,
- stabilizator çubuqları,
- silentbloklar və buksalar.