Contact with us for any advice
Call anytime
+92 (8800) 3680
IDEMITSU
Idemitsu Kosan Co., Ltd. şirkətinin tarixi Yaponiyanın Fukuoka prefekturasında yerləşən Moji şəhərində başlayır. 1911-ci ildə Sazo Idemitsu burada yağlayıcı materiallar və yanacaq satışı üzrə biznesə start verdi.
İkinci Dünya müharibəsindən sonra şirkət Yaponiyada yağ istehsalçıları arasında ikinci yeri tutdu və o vaxtdan etibarən fəaliyyətini təkcə ölkə daxilində deyil, digər ölkələrdə də fəal şəkildə inkişaf etdirdi. Bu gün IDEMITSU şirkətinin istehsal gücləri Sinqapur, Vyetnam, İndoneziya, Çin, Yaponiya, Tailand, Hindistan və ABŞ-da yerləşir. Şirkətin məhsul çeşidi təxminən 2000 adda yağ, sürtkü və xüsusi texniki mayelərdən ibarətdir.
Markaya olan yüksək etimadın göstəricisi kimi, Yaponiyada avtomobil istehsalçılarının təxminən 40%-i zavod konveyerlərində ilkin doldurma üçün IDEMITSU mühərrik yağlarından istifadə edir.
IDEMITSU mühərrik və transmissiya yağları Yaponiyada keyfiyyət və innovasiya nümunəsi hesab olunur. Çünki neftin hasilindən və emalından tutmuş, hazır məhsulun qablaşdırılmasına qədər bütün istehsal prosesi şirkətin öz nəzarəti altında və yalnız öz zavodlarında həyata keçirilir. Bu isə vasitəçilərin səhvlərini tamamilə istisna edir.
Idemitsu müasir avtomobil sənayesinin tələblərinə cavab vermək və məhsullarının yüksək keyfiyyətini qorumaq üçün elmi-tədqiqat işlərinə və yeni texnologiyalara davamlı sərmayə yatırır.
Hazırda Yaponiyada minlərlə IDEMITSU yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və burada həmçinin şirkətin brend yağları satılır.