Beynəlxalq əməkdaşlıq
Müştərilərimizə geniş seçim və sabit keyfiyyət təqdim etməyimizin arxasında güclü beynəlxalq tərəfdaşlıq şəbəkəsi dayanır. Ehtiyat hissələri üzrə MANN-FILTER, FILTRON, ZF, TRW, SKF, GATES, ABS, JAPANPARTS, MEYLE və digər tanınmış brendlər, yağlar və texniki mayelər istiqamətində isə MOTUL, IDEMITSU, 77 lubricants, PROFIX və s. ilə rəsmi əməkdaşlıqlarımız məhsul portfelimizin genişliyini və etibarlılığını təmin edən əsas amillərdəndir.
Bu beynəlxalq mövqeyimizin mühüm göstəricilərindən biri də TEMOT INTERNATIONAL qlobal şəbəkəsində təmsil olunmağımızdır. “KLAXON LTD” 2014-cü ildən TEMOT INTERNATIONAL-ın üzvü, 2019-cu ildən isə səhmdarıdır. TEMOT INTERNATIONAL avtomobil və sənaye nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin topdansatışı sahəsində dünyanın ən iri müstəqil şəbəkələrindən biri olaraq, üzvlərinə beynəlxalq əməkdaşlıq mühiti, innovativ həllər və inkişaf imkanları yaradır. KLAXON-un bu təşkilatda səhmdar olması – beynəlxalq güvən və keyfiyyətin bariz göstəricisidir.