Contact with us for any advice
Call anytime
+92 (8800) 3680
ADVICS
ADVICS şirkəti 2001-ci ildə Aisin, Denso və Sumitomo sirkətlərinin əyləc sistemlərini yaradan sahələrinin birləşməsi yolu ilə yardılıb.Birləşmədə aparıcı rol bu şirkətlərdə müvafiq istehsalların faktiki sahibi olan Toyota şirkəti olmuşdur. Məsələ ondadır ki, dünyada tanınan bu 3 şirkət Toyota konveyerinin əsas təhcizatçılarıdır. Onların məhsulları kompleks şəkildə olan əyləc sistemləridir. Belə ki, Aisin və Denso Toyota üçün əyləc silindrlərini və vakum gücləndiricilərini, Sumitomo üçün əyləc disklərini, suport və əyləc səthlərini istehsal edirlər.
Toyota korporasiyasi ücün bu üç sirkəti daha da əlbir çalışmaq üçün birinə birləşdirmək daha məqsədəuyğun gəldi. Nəticədə ADVİCS yaradıldı ki onun da adında Aisin, Denso, Sumitomo və Victory şirkətləri birləşdirilmişdir.
Yeni şırkət daxili Yapon bazarında dərhal qabaqcıl yeri əldə edir və dünya bazarında ön sıralarda olacağını bildirir.
Belə ki, şirkətç daxili Yapon bazarında aşağıdakı məhsulların istehsalına görə qabaqcıl yerləri tutur:
- Əyləc silndrləri və vakum gücləndiriciləri.
- Əyləc sistemlərin hidravlik gücləndiriciləri.
- Park əyləc sistemləri.
- Əsas əyləc silindrləri.
- ABS və elektron təhlükəsizlik sistemləri.
- ECU (elektron idarəetmə mərkəzi).
- Suportlar.
- Kolodkalar.
- Əyləc diskləri.
- Əyləc barabanları.
Baş ofis və zavod Yaponiyanın Kariya şəhərində yerləşir. Şirkətdə 4000-dən çox işçi çalışır. Araşdırma mərkəzləri Toyotanın əsas gərarkahlarında yerləşir, istehsal quvvələri isə ayrıca.
Beləliklə ADVİCS əyləc sistemlərinin komplers şəkildə istehsalçısıdır. Onun Elmi-araşdırma institutlarında bütün nəzəri hesblama, sınaq və sifarişçılər üçün istehsal həyata keçirilir. Sifarişçilər isə yetərincə tanınmış avtomobil istehsalçılarıdır: Toyota, Honda, Isuzu, Mazda, Daihatsu, Subaru, Hino, Mitsubishi, Nissan, Suzuki, GM, Ford, Chrysler. Təbii ki, əsas sifarişçi Toyota və onunla bağlı sirkətlərdir (Daihatsu, Subaru). Yapon bazarından sonra əsas təlabatçı ABŞ bazarıdır və burada nəiki aftermarket, həmçinin konveyerlər üçün əyləclər istehsal olunur.