FILTRON

Contact with us for any advice

Call anytime

+92 (8800) 3680

FILTRON

FILTRON şirkəti 1982-ci ildə təsis olunduğu gündən avtomobil sənayesi, maşın və mühərriklər, həmçinin ağır və ixtisaslaşdırılmış avadanlıqlar üçün yüksək keyfiyyətli filtrlərin istehsalı ilə ixtisaslaşmışdır.

Dinamik inkişaf şirkətə qlobal miqyasda fəaliyyət göstərməyə imkan vermişdir: bu gün istehsal olunan məhsulların yarıdan çoxu Almaniya, Böyük Britaniya, Fransa, İrlandiya, Norveç, İsveç, Finlandiya, İsveçrə, Rusiya, Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya, Bolqarıstan, Çexiya, Ukrayna, Macarıstan, həmçinin Amerika və Afrika ölkələrinə ixrac olunur.

İstehsalatın avtomatlaşdırılmasına davamlı investisiyalar, yeni texnoloji həllərin tətbiqi, müasir və yüksək məhsuldar istehsal xətlərindən istifadə, eləcə də iş üsullarının daim təkmilləşdirilməsi şirkət tərəfindən istehsal olunan filtrlərin dəyişməz yüksək keyfiyyətini təmin edir.

Şirkət Avropanın ən müasir laboratoriyalarından birinə malikdir. Burada hava, yağ və yanacaq filtrlərinin sınaq stendlərində xammalın, istehsal detallarının və hazır məhsulların beynəlxalq standartlara uyğun olaraq ciddi şəkildə yoxlanılması həyata keçirilir. Bu prosesdə cari istehsalat və alət sexi üçün həlledici rol oynayan xüsusi metroloji şöbə də fəaliyyət göstərir.

2016-cı ildən etibarən FILTRON MANN+HUMMEL konserninin tərkibinə daxildir.