Contact with us for any advice
Call anytime
+92 (8800) 3680
Boge
Adolf Boge tərəfindən təsis edilən BOGE şirkətinin tarixi 1874-cü ildən başlayır. Zamanla bir sıra təşkilati dəyişikliklərə məruz qalan şirkət bu gün nəhəng ZF Friedrichshafen AG konserninin tərkibində fəaliyyət göstərir.
BOGE bütün tanınmış avtomobil istehsalçıları üçün amortizator və yayların istehsalında ixtisaslaşmışdır.Brend altında:
- hidravlik və qaz amortizatorları,
- yaylar,
- rezin-metal hissələri (mühərrik yastıqları, sakitləşdiricilər və s.) istehsal olunur.
BOGE brendinin istehsalat sahələri Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və ABŞ-da yerləşir.
BOGE markalı ehtiyat hissələri Alfa Romeo, Ford, Audi, BMW, Mercedes, Renault, Saab, Volvo kimi məşhur avtomobillərin konveyerlərinə təchizat olunur. Konveyer təchizatında BOGE, SACHS şirkəti ilə birlikdə Avropa bazarının əlçatmaz lideri hesab edilir.