77 Lubricants

Hollandiyanın "77 Lubricants" şirkəti - Avropanın ən böyük və müstəqil yağ istehsalçılarından biridir. Şirkət, müxtəlif sənaye sahələrində tətbiq etdikləri yüksək keyfiyyətli yağ və sürtkü yağları istehsal edir və satışını təmin edir. Məhsullar şirkətin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hazırlanır, onların məhsul bazasında böyük çeşiddə yağ və qatqılar var.

Ticarət markası 77 Lubricants tam olaraq Hollandiyada yerləşən yağ və sürtkü yağları istehsalı üzrə ən böyük və ən müasir zavod olan  Transnational Blenders B.V.-də istehsal olunur. Müəssisənin istehsal gücü ildə 130 min ton yağdır. Zavod ərazisində 17 milyon litr həcmli anbar yerləşir, hazır məhsulların saxlanması üçün 60-dan çox konteyner və məhsulların qablaşdırmada saxlanması üçün bir neçə anbar mövcuddur.

Zavod, ISO 2001 uyğun olaraq sertifikatlaşdırılmış yağların keyfiyyətinə nəzarət üçün öz müasir laboratoriyasına malikdir və 100% məhsulun keyfiyyətinə zəmanət verir, və həmçinin "Oils in service" adlı analiz proqramı təklif edir.

TM 77 Lubricants yağları, OEM (Original Equipment Manufacturers) və ISO-nın ən son tələblərinə cavab verir. Bir sıra mühərrik yağları Mercedes-Benz, VOLVO, Volkswagen, MAN, DAIMLER icazələrinə malikdir.

Ticarət markaları